Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həsən Mirzə - YOLU OLmaq

Həsən Mirzə - YOLU OLmaq


Bu, müdrik bir həyat fəaliyyət yoldur!

Öyrədərək öyrənmək yoludur!
Zirvəyə aparan doğru yoldur!

Bu Zəfər yoludur:

- azad Qarabağdan oğuz yurdu Zəngəzura keçib gələn, türk qapısı Naxçıvandan bütün Azərbaycana gedib çıxan haqq yoludur!

O YOL -

- Özün kimi özün olmaq!
- Vicdanlı, səmimi və dürüst olmaq!
- Mövqeli və əqidəli olmaq!
- Əsil insan, vətəndaş və örnək olmaq!
- Yol yoldaşı və söz sirdaşı olmaq!
- Milli olmaq, dövlətçi olmaq və
faydalı olmaq!
- Təkcə bir evin deyil, ümumilikdə elin xidmətində olmaq!
- Nüfuzlu ziyalı və pedaqoq olmaq!
- Bir müəllim kimi yaxın, əziz və dəyərli olmaq!
- Müasir Azərbaycan dilinin və elminin qoruyucusu olmaq!
- Xalq sənətinin və şeiriyyatın dərindən bilicisi olmaq!
- Bütöv bir şəxsiyyət olmaq!
- Əsil alicənab olmaq və ağsaqqal olmaq!

Bir sözlə, vətənə-millətə gərəkli olmaq, bütün bunların fövqündə Həsən Mirzə olmaq!!!
Ruhun şad olsun, sanballı Adam - böyük Alim.

Qeyd: bu gün müasir Azərbaycanın görkəmli pedaqoq-alimi, nüfuzlu ictimai-siyasi xadim, Ümummilli Liderimiz Heydər Əliyevin yaxın məsləkdaşı (eləcə də mərhum Atamın) - məşhur 91-lərin duayeni Həsən Mirzəyevin anadan olmasının 95 ili tamam olur.

Minnətdarlıqla xatırlayırıq,

Yəhya Babanlı
Xəbəri paylaş