Türkiyənin Düzcə şəhərinin eyniadlı mərkəzi rayonunda 4,3 bal gücündə zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 07:57-də qeydə alınan yeraltı təkanın ocağı 9,52 km dərinlikdə olub.
Dağıntı və itkilər barədə məlumat verilməyib.
Xatırladaq ki, noyabrın 23-də Türkiyənin Düzcə şəhərində 6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 93 nəfər yaralanıb.