Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah yağış yağacaq

Sabah yağış yağacaq


Bakıda və Abşeron yarımadasında noyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.
[related-news] [/related-news]