Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Planetar təfəkkürlü LİDER-VAQİF ABDULLAYEV YAZIR

Planetar təfəkkürlü LİDER-VAQİF ABDULLAYEV YAZIR


Cənab Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda verdiyi mesajlar regionun və dünyanın müasir siyasi mənzərəsini və xəritəsini müəyyənləşdirmək baxımından xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Cənab Prezidentin siyasi-diplomatik gündəliyini aşağıdakı kimi xarakterizə etmək mümkündür:

Onun xarici siyasət və diplomatiya kursu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, geridönməz hücum taktikasına əsaslanır.

Prezident İlham Əliyevin diplomatik addımları və möhkəm siyasi iradəsi milli maraqlara söykənməklə qarşı tərəfin bütün anti-Azərbaycan cəhd və davranışlarını darmadağın edir.

O, həmişə açıq oynayır və qarşı tərəfə açıq və sadə, başa düşdüyü dildə mesajlarını verir. Son hadisələr, İranın ermənipərəst hərəkətlərinə cavab bu baxımdan əzmkar iradənin nümayişidir. Təcavüzkar Ermənistanın “qırmızı xətti” olan İranın sərsəm bəyanatlarına “Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı davam etdirəcəyik, hər cür anti-Azərbaycan addımına cavab verəcəyik” ültimatumu Tehrana Nida işarəsidir.

Eyni zamanda, Milli dövlət mənafeyinə istənilən kənar hərəkətlərə qarşı amansız siyasi mövqeyini bəyan edir: “Biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik”.

Azərbaycan coğrafi miqyas etibarilə böyük dövlət olmasa da, Dövlətinin başçısının siyasi nüfuz miqyası və çəkisi coğrafi hüdudlarından qat-qayt böyükdür: Cənab Prezident 40 milyonluq Azərbaycanlının Prezidenti olmaq məsuliyyətini üzərinə götürərək tarixi Vətəndə yaşayan Cənublu soydaşlarımızın qayğılarını da çəkməyi özünə borc bilir. “Biz Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır” bəyanatı geniş siyasi coğrafiyanın təminatıdır.

Dərin zəka, iti fəhm, analitik düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyətlilik Cənab Prezidentin siyasi obrazında əsas ştrixlərdir. İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı da bu prinsipiallığa söykənir, milli maraqlarımıza əsasən verilmiş bir qərardır.

O, Azərbaycanı və Xəzər regionunu qitənin nəqliyyat qovşağına çevirməklə Asiya və Avropa arasında enerji və sinerji rabitəsi qurur. Türk Asiyasını İran və Rusiyanın hegemon enerji tranzitlərindın qoruyur, dünyaya yeni çıxışlar açır.

Zəngəzur dəhlizini Şərq-Qərb və Orta Dəhlizin strateji xəttinə çevirməklə dünya nəqliyyat arteriyasını Azərbaycana səmtləndirir.

Azərbaycan Prezidenti müdrik siyasi xadim olmaqla yanaşı, həm də unikal yenilikçi və idarəçilik meyarlarının müəllifidir. Azərbaycanın yerləşdiyi geostrateji tranzitdə Yeni İpək Yolunun və Avropanın Yeni Enerji Xəritəsinin məharətlə cızaraq Orta Dəhlizin qızıl nöqtəsini möhkəmləndirir.

Cənab Prezident həm də Cənubi Asiya-Mərkəzi Asiyanı və Yaxın Şərqi Azərbaycanla birləşdirmək ideyasının müəllifi kimi regionda tamamilə bambaşqa siyasi xətt cızır. Bu dəhlizdə dost və qardaş Türkiyə, Pakistan, İsrail və Asiyanın Türk dövlətləri strateji yer tutur. Bu ideya həm də Türk Dövlətləri Təşkilatının bölgəsəl Gücə çevrilməsi konsepti-sinerjisidir.

O, təkcə Qarabağı yenidən qurmur, həm də regionun büsbütün simasını dəyişən Siyasi Quruculuqla məşğuldur. Cənab Prezident regional quruculuqda heç bir coğrafi, nə də başqa bir imkanı, üstünlükləri olmayan, dalana dirənmiş Ermənistana, erməni xalqına da imkan yaradır. Bu, həm də Onun beynəlxalq humanizminin, sülhpərvərliyinin nümunəsidir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş