Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa parlamentarilərinin müstəqil mövqeləri yoxdur

Fransa parlamentarilərinin müstəqil mövqeləri yoxdur


"Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni biraz diqqətlə oxuyan hər kəs görür ki, bu sənəd Fransa Senatının iki həftə əvvəl qəbul etdiyi bədnam qətnamənin demək olar ki, təkrarıdır. Çünki ikisi də eyni “mətbəx”də hazırlanıb. Hər iki qətnamənin müəllifləri Fransa prezidenti Emmanuel Makronun partiyasının – “İntibah” (“Renessans”) partiyasının üzvü olan deputatlar, senatorlar tərəfindən hazırlanıb".

Bu fikirləri Newscenter.az-a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri daha sonra bunları qeyd edib:

"Başqa sözlə desək, Fransa parlamentarilərinin öz müstəqil mövqeləri yoxdur, onlar Makronun çaldığı havaya oynayırlar. Makron isə gördüyümüz kimi fransız demokratiyasının və parlamentarizminin qəbrini qazmaqla məşğuldur. Milli Assambleyanın 256 deputatının hamısı bir nəfər kimi yekdilliklə sözügedən qətnaməyə səs veribsə, demək Fransada demokratiya, pluralizm, fikir azadlığı artıq çoxdan ölüb. 256 şəxsin arasında heç olmasa, bir nəfər də olsun bu qətnamənin əleyhinə çıxmağa cəsarət göstərməyibsə, deməli, dünyaya “demokratiya dərsi” keçməyə can atan Makron Fransanın özündə isə “demokratik” diktatura yaradıb. Odur ki, demokratiyadan, insan hüquqlarından və o cümlədən ermənilərin hüquqlarından kim danışsa da, Makronun isə bu mövzularda danışmağa qətiyyən mənəvi ixtiyarı yoxdur".

MHP sədri bildirib ki, Fransa hal-hazırda 20-yə yaxın Afrika ölkəsini iqtisadi cəhətdən sömürməyə, dil və mədəni baxımdan diskriminasiyaya məruz qoyursa, eyni zamanda vaxtilə Əlcəzairdən və digər müstəmləkələrdən talan edilib:

"Parisə aparılan mədəni sərvətləri, maddi-tarixi nümunələri bu gün də geri qaytarmaq istəmirsə, o zaman Makronun diktəsi ilə qətnaməyə səs verən, qərar qəbul edən Senat və Milli Assambleyanın bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan və separatçılığa, revanşizmə meyllənən bir ovuc erməninin hüquqları və təhlükəsizliyi haqda, eləcə də “erməni abidələri”nin qorunmasının vacibliyi ilə bağlı əsassız tələblərlə çıxış etməsi tamamilə absurddur və riyakarlıqdır".

Əlisahib Hüseynovun sözlərinə görə, Fransa parlamentariləri nə zaman obyektiv və ədalətli olmağı öyrənsələr, o zaman Azərbaycana yol göstərərlər:

"Erməni lobbisinin əlində oyuncağa çevrilən fransalı siyasətçilərin isə Azərbaycana yol göstərməyə, Bakıdan nəyisə tələb etməyə heç bir ixtiyarı yoxdur. Fransız xalqı bilməlidir ki, Makron və bu günkü fransız siyasi elitası Fransaya nifrət qazandırmaqla məşğuldur".

Anar
Xəbəri paylaş