Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizə qarşı silah tuşlayanlar pampers axtarışındadır

Bizə qarşı silah tuşlayanlar pampers axtarışındadır


Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin nəzarıtində olan ərazilərə kimsədən icazə almadan gəliblər. Monitorinq aparıblar. Ermənilər üçün də yol saatlarla bağlı qalıb.

Newscenter.az-ın xəbərinə görə, baş vermiş hadisə ilə bağlı fikirlərini bildirən hərbi ekspert Ədalət Verdiyevin qənaətincə, bu o deməkdir ki, istənilən dövlət qurumu, istənilən vaxt Azərbaycanın digər ərazilərində olduğu kimi, rusların müvəqqəti nəzarətində olan Qarabağın istənilən nöqtəsində, o cümlədən Xankəndi, Ağdərə və Xocalı ərazisində monitorinqlər keçirə bilər:

"Ərazilərimizdə olan istənilən yolun, o cümlədən Laçın yolunun da bağlı saxlanılması bizim üçün çətin vəzifə deyil.
İndi həmin ərazilərdə bizə qarşı silah tuşlayanlar pampers axtarışındadır. İndi təsəvvür edək ki, həmin ərazilərə mülkilərimiz əvəzinə, XTQ ya KOMANDO-lar gəlsəydi, nələr olardı, nələr".

Ekspert deyib ki, sürprizlərimiz çox olacaq:

"Odur ki, nə qədər Laçın yolu açıqdır, Qarabağ erməniləri qərar verməlidir: ya Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi, ya ən qısa müddətdə “çamodan-İrəvan-Tehran”, ya da üfiqi vəziyyətdə ƏDM "Yerablur". Təkliflər Azərbaycan qanunlarını pozan seperatçı rejimin cinayətkarlarına aiddiyyəti yoxdur".

Anar
Xəbəri paylaş