Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilən ərazilərdə daha 52 partlamamış hərbi sursat aşkarlanıb

Azad edilən ərazilərdə daha 52 partlamamış hərbi sursat aşkarlanıb


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 52 partlamamış hərbi sursat aşkarlayıb.

ANAMA-dan Newscenter.az-a verilən məlumata görə, noyabrın 28-dən dekabrın 2-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 mina və 52 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 117 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Mehman
Xəbəri paylaş