Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 13 nəfər koronavirusa yoluxub

Azərbaycanda 13 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, sutka ərzində ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 261 nəfər müalicə olunaraq sağalıb, hazırda 268 aktiv xəstə var. Bu günə qədər 9 983 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 878, bu günə qədər isə ümumilikdə 7 383 253 test icra olunub.

Sevinc
Xəbəri paylaş