Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsassız şəkildə Azərbaycanı özünə düşmən seçən Tehran rejimi

Əsassız şəkildə Azərbaycanı özünə düşmən seçən Tehran rejimi


Azərbaycan və Türkiyə ordusu Bakı şəhəri və İranla sərhəd bölgələrdə qoşunların döyüşə hazırlıq səviyyəsini artırmaq məqsədi ilə geniş miqyaslı hərbi təlimlər həyata keçirir. Müxtəlif qoşun növlərinin cəlb edildiyi təlimlərdə müasir müharibə metodlarının tətbiqi ilə şərti düşmən hədəfləri məhv edilib. Ancaq görsənən odur ki, ordumuzun hərbi təlimləri qonşu İranda birmənalı şəkildə qarşılanmayıb.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AVP sədrinin beynəlxalq məsələlər üzrə kömıkçisi Pərviz Mirizadənin sözlərinə görə, rejimə bağlı media vasitələri təlimləri Azərbaycanın İrana hərbi müdaxilə edəcəyi başlığı ilə yayımlayıb:

"Ancaq İran rəsmilərinə öz dedikləri kimi cavab vermək gərəkdir. "Azərbaycan öz ərazilərində təlim keçir və bu heç bir ölkəyə qarşı yönəlməyib". Əsasız şəkildə Azərbaycanı özünə düşmən seçən Tehran rejimi hər dəfəsində ölkəmizi təhdid etməkdən çəkinmir, mütəmadi olaraq sərhəddə hərbi təlimlər keçirərək güc nümayiş etdirir. Lakin fars rejimi yaxşı anlamalıdır ki, Azərbaycan tək deyil".

Anar
Xəbəri paylaş