Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda vebinar keçiriləcək

“Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda vebinar keçiriləcək


Dekabrın 7-də Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçiriləcək.

Newscenter.az-a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən verilən məlumata görə, vebinarda İzmir Yüksək Texnologiya İnstitutunun professoru, Dr. Alper Baba tərəfindən dünyada bərpa olunan enerji istehsalında geotermal enerjinin rolu, iqtisadi inkişafa təsiri, texnoloji irəliləyişlər və digər məsələlər barədə ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Məlumat üçün bildirək ki, Prof. Dr. Alper Baba Dokuz Eylül Universitetində doktorluq dərəcəsi alıb və hazırda İzmir Yüksək Texnologiya İnstitutunun prorektorudur.

Sevinc
Xəbəri paylaş