Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
"Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək."