İranda etirazçılar bu həftə əhalini üç günlük tətilə çağırıblar və İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri “əxlaq polisi”nin ləğvini elan etdikdən sonra hakimiyyətə təzyiqləri gücləndiriblər.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
“Əxlaq polisi”nə nəzarət edən ölkənin Daxili İşlər Nazirliyi onun ləğv olunduğunu təsdiqləməyib və İranın dövlət mediası bildirib ki, Montazeri polisin fəaliyyətinə nəzarət edən səlahiyyətli şəxs deyil.
Qeyd edək ki, İranda etirazlar hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayıb. İran hüquq mühafizə orqanları etirazlarda iştirak edən 462 nəfəri qətlə yetirib. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.