Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

Laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

Newscenter.az xəbər verir ki, paytaxtdakı Məktəb-Lisey Kompleksində təşkil olunan test imtahanında 1 483 nəfər iştirak edib.

İmtahanda namizədlərə informatika üzrə 20, qanunvercilik üzrə 20, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 50 test tapşırığınının cavablandırıması üçün 100 dəqiqə vaxt verilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə laborant vəzifəsi üzrə 180 vakant yer mövcuddur.

Onu da qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.

R.Mehdiyeva
Xəbəri paylaş