“Hesab edirəm ki, ayrı-ayrı məmurlar, nazirlər tərəfindən indiyə qədər yol verilmiş korrupsiya və rüşvətxorluq halları ilə bağlı amnistiya verilə, dövlət büdcəsindən mənimsənilən vəsait, xarici ölkələrə çıxarılan pullar ölkəyə qaytarıla bilər”.
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. O bildirib ki, dövlət büdcəsindən mənimsənilən, oğurlanan həmin pullar isə ilk növbədə şəhid ailələri, qazilər, müharibə veteranları və aztəminatlı ailələrə verilməlidir.
Cahangir Hüseynov ölkədə ən pis halda 5 yaşına qədər olan uşaqlara uşaq pulunun verilməsini təklif edib:
“Hər bir ailə, valideyn öz övladı, onun gələcəyi üçün çalışır. Elə ailə var ki, həmin ailənin 3-4 uşağı var. Hesab edirəm ki, ən azı 5 yaşına qədər olan uşaqlara uşaq pulu vermək mümkündür”.
Sabiq millət vəkili ölkədə minimum əmək haqqının artırılmasını da vacib hesab edib. O, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən həbslər barədə də danışıb.