Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Osman Kazımovun yazdıqları tamamilə düşmən maraqlarına xidmət edir

Osman Kazımovun yazdıqları tamamilə düşmən maraqlarına xidmət edir


Osman Kazımovun kiim olduğunu bilmirəm, belə bir hərbi mütəxəssis tanimıram, onun yazdığı bu status tam dezinformasiyadir və tamamilə düşmən maraqlarına xidmət edir.

Newscenter.az
xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Osman Kazımovun sosial şəbəkəllərdə guya Qarabağda yenidən hərbi hərbi əməliyyatların başladığı, Azərbaycan Ordusunun çoxsaylı şəhid verdiyi barədə paylaşımına münasibət bildirərkən səsləndirib. Ekspert bildirib ki, Qarabağda nizami ordu yoxdur, orda olanlar fərari və cinayətkar erməni silahlilarıdır:

"Göstərilən say da həqiqətə qətiyyən uyğun deyil. Hərə öz bildiyi və anladigı iş ilə məşğul olsa daha yaxşıdır".

Qeyd edək ki, ötən gün vəkil Osman Kazımov Qarabağda ağır döyüşlərin getdiyi, şəhidlərimizin olduğu barədə sosial şəbəkədə məlumat paylaşıb. O iddia edib ki, hazırda Qarabağda 20 minlik nizami erməni ordusu var.

Anar
Xəbəri paylaş