Portuqaliyanın Lissabon şəhərində, UNITE (UNITE Parliamentarians Network for Public Health) təşkilatı tərəfindən təşkil olunan və Portuqaliya Parlamentində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin deputatı Nigar Arpadarai səfər çərçivəsində Portuqaliya Parlamentinin deputatı, UNITE təşkilatının təsisçisi, Rikardo Baptista Leite ilə görüşüb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verən millət vəkili qeyd edib ki, görüşdə Azərbaycan-Portuqaliya isçi qrupunun rəhbəri olaraq iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi haqda fikir mübadiləsi aparıb.
Qeyd edək ki, azərbaycanlı deputatın qatıldığı konfransda Konfransda ictimai sağlamlıq, pandemiyadan sonra gedən proseslər, ictimai sağlamlıq məsələlərində regional dialoq, hökumətlərin gördükləri tədbirlər və s. mövzular müzakirə olunur.
Anar Əliyev