Bir neçə gün əvvəl bir qrup Saatlı rayon sakininin sözügedən rayonun Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov barədə ölkə prezidenti, gənclər və idman naziri, eləcə də KİV-lərə ünvanlamış olduğu müraciətdə yer alan iddialar əksini tapmayıb.
Bu barədə müraciət müəlliflərinin redaksiyamıza ünvanlamış olduğu üzrxahlıq məktubunda məlumat verilir.
Bildirilib ki, 3 dekabr 2022-ci il tarixində Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasovla sizlərə etdiyimiz müraciətə görə öncədən üzr istəyirik. Çünkü müraciətdə qeyd etdiyimiz bir-çox məsələlər öz sübutunu tapmayıb.
"Deyilənlərin yalan olması və bizə səhv məlumat verilməsi bugün bizə aydın olub. Belə ki, Prokurorluğa Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasovla bağlı etdiyimiz eyni məzmunlu müraciətə bu gün cavab gəlib və cavabda qeyd olunub ki, Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasovun barəsində araşdırılmasını xahiş etdiyiniz məlumatlar araşdırılıb və qeyd olunan faktlar öz əksini tapmayıb".