Moskvada xarici işlər nazirləri arasında 2023-2024-cü illər arasında məsləhətləşmələr planı hazırlandı. Bel ə bir sənəd tək-tük hallarda imzalanır!
Bu məsləhətləşmə nə deməkdir?
Məsləhətləşmə Cənubi Qafqaz regionu üçün keçərlidir. Yəni Lavrov Myanmada bir siyasi gedişat edəcəksə, bunu Bayramova deməyəcək, təbii ki!
Planın son tarixi 2024-cü ildir. Sülhməramlıların mandatının bitməsinə 6 ay qalmış. Ermənistan tərəfi zatən razıdır, mandatın uzadılmasına! Bu məsləhətləşmənin bir hissəsi bu istiqamətdə olacaq! Ancaq təkcə bu oblastı əhatə etməyəcəm, yəqin ki!
Bir şeyə diqqət edək ki, imzaların atıldığı masa Kremlin masası idi. Rusiya kimi bir dövlətin bizə hesabat verəcəyini düşünmək emosionallıq olar. Azərbaycan tərəfi məsləhətləşərək dəhliz məsələsində 1:0 önə keçə bilər. Bu məsləhətləşmədə "Arsax" məsələsi də, mütləq ki var! Belə düşünün ki, Azərbaycan artıq " Arsax" məsələsini birbaşa Kremllə həll edəcək. Paşinyan bu hissədə dominantlığını itirdi. Rəsmi Bakı Paşinyan administrasiyası ilə sülh, kommunikasiya mübahisələrini müzakirə edəcək. Deyərəm ki, bu amillərdə Bakının sözü keçərli olacaq.
Rusiya üçüm Ermənistanı özünə sıx bağlamaq çox asandır, nəinki Azərbaycanı. Bu məsləhətləşmə planı kimi faktları ilə Rusiya Azərbaycanı da özünə daha çox cəlb etməyə çalışır. Son zamanlarda aktorların sayı artır. Amerika və AB daha fəal hala gəlib. Lavov demək istəyir ki, bunlardan əvvəl bizimlə məsləhətləşin, bizimlə razılaşın!
Konfliktoloq Elman Vəliyev