Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən 5 dekabr tarixində “Davam” Gənclər Hərəkatının Şuşa ili çərçivəsində Azərbaycanda təşkil etmiş olduğu Azərbaycan və İtaliyan Gənc Memarlarının Bakı Forumunun rəsmi açılış mərasimində iştirak edib.
Newscenter.az xəbər verir ki, tədbirdə iştirak edən millət vəkili Ramil Həsən açılış mərasimində məruzə ilə çıxış edib. Deputat Azərbaycan-İtaliya münasibətlərinin tarixi, İtaliyanın memarlıq incilərinin dünyaya ilham qaynağı olması, Şərq və Qərb memarlığının sintezi istiqamətində Azərbaycan və İtaliya birgə fəaliyyətinin çox mühüm əhəmiyyət kəsb etdiyi, eyni zamanda bu istiqamətdə Gənc Memarların Bakı Forumunun vacibliyini xüsusilə vurğulayıb.
“Davam” Gənclər Hərəkatına belə faydalı işlə bağlı təşəbbüs irəli sürərək uğurlu layihə həyata keçirdiyi üçün təşəkkür edən Milli Məclisin deputatı Ramil Həsən İtaliyanın həm Xalq Cümhuriyyəti dövründə ilk konsulluğunu açaraq Azərbaycanla diplomatik münasibətlər qurması, həmçinində 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra 1 yanvar 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ilin may ayından etibarən diplomatik münasibətlərin quraraq Avropa ölkələri çərçivəsində Azərbaycana münasibətləri yeni səhifəyə daşıyan dost ölkə olduğunu önə çəkmişdir. Həmçinin Qarabağla bağlı 30 illik haqlı mübarizəmizdə İtaliyanın hər zaman obyektiv mövqe tutduğu və Azərbaycan-İtaliya arasındakı münasibətlərin həm dövlətlərarası, həm də parlamentlərarası səviyyədə inkişaf etdiyini vurğuladı. Sonda millət vəkili Ramil Həsən “Davam” Gənclər Hərəkatına və Gənc Memarların Bakı Forumunun iştirakçılarına uğurlar diləyib.
Mehman