Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən "hotel meneceri" saxlanılıb.
Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü hotel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb olunub.
O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.
Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində aparılır.
"Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir".
Mehman