Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edilib


Bakıda ticarət mərkəzində qadına qarşı soyğunçuluq edilib.

Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərinin birində paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Emil Süleymanov müəyyən olunaraq saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Mehman
Xəbəri paylaş