Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DSX-nin Akademiyasında yanğın bu səbəbdən baş verib

DSX-nin Akademiyasında yanğın bu səbəbdən baş verib


Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir.

Newscenter.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 kvadratmetrlik hissəsinə ziyan dəyib.

Mehman
Xəbəri paylaş