Tehran dövlətinin Azərbaycan ərazilərinə rus sülhməramlıların vasitəsi ilə terror-diversiya qrupunun keçirməsi yeni aşkarlanmış fakt deyil. Yaxın keçmişin ən qısa dövrünü xatırlamaq bəs edir ki, fars molla rejminin Azərbaycana, türk etnosuna qarşı ardıcıl və sistematik düşmənçiliyinin genetik formada olmasına şübhə qalmasın.
Ancaq maraqlısı odur ki, Azərbaycan Tehran dövlətinin göndərdiyi terrorçularla bağlı faktı, onların kimliyi barədə, ötürülmə anı, saxta sənədləri haqqında və sair dəqiq məlumatları açıq şəkildə təqdim etməklə Tehran dövlətində, Xankəndidə, elə rus sülhməramlıların bütün məxfi fəaliyyətinə nəzarət etdiyi göstərdi. Faktın özü özlüyündə aşkar edilməsi fars molla rejiminin, ruslar və ermənilərlə birgə hazırladığı silahın yetişmiş məqam üçün istifadəsi və elə özlərinə qarşı çevirməsi Azərbaycanın ağıllı, uzaqgörən və praktik siyasət yetirdiyinə sübutdur. Düşmən birliyinin "uğurlu" hesab etdiyi əməli Azərbaycanın onu məqamında fürsətə çevirməsi onlar üçün şok effekti yaradıb.
Üstəlik, Azərbaycan Türkiyə qardaşlığının Araz boyu, Tehran dövləti sərhədləri boyunca genişmiqyaslı hərbi təlim keçirməsi, daxilində ixtişaşlar nəticəsində öz konstitusiyasına dəyişiliklər vədi fonunda hansı təsirlər edə biləcəyini də təxmin etmək çətin deyil.
ABŞ-nın Tehran dövlətində səngiməyən iğtişaşlara təsirinin mövcudluğu fonunda onun
Cənubi Azərbaycan məsələsini dəstəklədiyini elan etməsini Tehran dövlətinin taleyinin sual altında alınması deməkdir. Fars molla rejiminin yaşayacağı taleh molla əmmaməsindən çıxan kəfən və ağ bayraq məsələsinə tam uyğun olacaq.
Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas