Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gədəbəydə qadın balta ilə qətlə yetirilib

Gədəbəydə qadın balta ilə qətlə yetirilib


Gədəbəydə qadın balta ilə qətlə yetirilib, əri şübhəli bilinir.

Newscenter.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, rayonun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

Mehman
Xəbəri paylaş