Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində vasitəçiliyində aktivlik görünür. Xüsusilə S. Lavrovun Qarabağla bağlı Azərbaycanın mövqeyi ilə üst -üstə düşən açıqlaması rəsmi Bakının Vaşinqtonla sıx siyasi münasibətlərinin inkişafı fonunda edilir.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Moskva Vaşinqtonun Ermənistanla Azərbaycan arasında vasitəçiliyinin qarşısını almaq üçün prosesdə fəallıq göstərir:
"Rusiya XİN rəhbəri S. Lavrovun Qarabağla bağlı praqmatik açıqlamasındma sonra Ceyhun Bayramovun Moskvaya səfəri Rusiyanın iki dövlət arasında sülh müqaviləsinin bağlanması üçün konkret addımlar atması ilə nəticələnməyəcək.
Rusiya tərəfi sülh müqaviləsinin bağlanması üçün Ermənistana təzyiq edə bilər. Amma, siyasi iradə göstərməyərək regionda Rusiyanın ənənəvi aqressiv siyasətinin davamında maraqlıdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Azərbaycanin güc tətbiqindən sonra mümkün olacaq".
Mehman