Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alpaqut Turan Döyüş Sənəti üzrə 3-cü Dünya Çempionatı keçirilib

Alpaqut Turan Döyüş Sənəti üzrə 3-cü Dünya Çempionatı keçirilib


01 - 04 dekabr 2022-ci il tarixlərində Türkiyənin Bursa şəhərində keçirilmiş Alpaqut Turan Döyüş Sənəti üzrə 3-cü Dünya Çempionatı uğurla başa çatdı.

Newscenter.az xəbər verir ki, 21 ölkədən 437 idmançının qatıldığı çempionatın açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Fəthi Yıldız, Bursa AKP Şəhər Başqan yardımçısı Fuat Alparslan, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Beynəlxalq Turan Oyunları Komitəsinin Prezidenti və Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvü Fərid Əlizadə, Dünya Alpaqut Federasiyasının Beynəlxalq əlaqələr üzrə Vitse-Prezidenti Emil Rəhimov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Vətənpərvər ictimai fəal Cəlal Qurbanov, Alpaqut Turan Döyüş Sənətinin qurucusu və Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Vasif Namazov, Türkiyə Alpaqut Federasiyasının prezidenti Metin Karadeniz çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladılar.

Alpaqut Turan Döyüş Sənəti üzrə 3-cü Dünya Çempionatında ümumi komandaların nəticələrinə əsasən, çempionata 235 idmançı ilə qatılan Türkiyə millisi 1-ci, 31 idmançı ilə qatılan Azərbaycan millisi 2-ci, 44 idmançı ilə qatılan İraq millisi isə 3-cü yerə layiq görüldü.

Aşağıda çempionatın komanda hesabı üzrə qaliblərinin siyahısını diqqətinizə təqdim edirəm. Beləliklə,
Ayça sistemi üzrə
1 . Türkiyə
2. İraq
3. Azərbaycan

Batur sistemi üzrə
1. Azərbaycan
2. Qırğızıstan
3. Türkiyə

Caymaz sistemi üzrə
1. Türkiyə
2. Azərbaycan
3. Əfqanıstan

Qurşaq sistemi üzrə
1. Türkiyə
2. Azərbaycan
3. İraq

Kaçut sistemi üzrə
1. Türkiyə
2. Azərbaycan
3. İran

Onu da qeyd etmək istəyirəm ki, Alpaqut Turan Döyüş Sənəti türk xalqlarının mədəni dünya görüşünü təmsil və təbliğ edən, milli döyüş ənənələrini inkişaf etdirən, xüsusi ilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıraraq qlobal mədəniyyətə çıxışını təşkil edən döyüş sənətidir.
Alpaqut Turan Döyüş Sənətinin dünya miqyasında tanınması və daha da inkişafı istiqamətində reallaşdıracağımız yeni layihələrdə və yeni-yeni çempionatlarda görüşmək arzusu ilə...
Xəbəri paylaş