Məhkəmə Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşneri korrupsiya işi üzrə təqsirli bilib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin İkinci Federal Məhkəməsi verib.
Bildirilib ki, siyasətçi 6 il müddətinə azadlıqdan məhrum edilib.
Eyni zamanda, o, dövlət vəzifəsində işləmək hüququndan ömürlük məhrum edilib.
Qeyd edək ki, 69 yaşlı Kristina Elisabet Fernandes de Kirşner 2019-cu ilin dekabrın 10-dan vitse-prezidenti vəzifəsində olub.