Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda məhkəmə sədri vəfat edib

Azərbaycanda məhkəmə sədri vəfat edib


Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə "Report" məhkəmədən məlumat əldə edib.

Bildirilib ki, o, bu gün səhər saatlarında ürək tutmasından 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Xəbəri paylaş