Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan üçün 2023 çox gərgin keçəcək

Ərdoğan üçün 2023 çox gərgin keçəcək


Şəkildə gördüyünüz şəxs Ceremi Rifkindir. Rifkin CHP sədri Kamal Qılıçdaroğlunun müşaviri təyin edildi.

Qılıçdaroğlunun namizəd kimi, üstünlük qazanmayacağını deyirdim, ancaq Rifkinin təyin ediləcəyini bilmirdim. Rifkin sionist iqtisadiyyatçıdır. Sarkozinin, Merkelin, Cinpinqin müşaviri olub. "Üçüncü Sənaye İnqilabı"nın banisidir. Çox güclü iqtisadiyyatçıdır. Avropa iqtisadiyyatına yön verənlərdən biri olduğunu deyə bilərəm. Qılıçdaroğlunun "İkinci Yüz ilə Çağrış" mərasimində Rifkin onlayn qoşularaq təqdim edildi.

Ərdoğan üçün 2023 çox gərgin keçəcək. Əsədlə danışıqlar prosesi də Dəməşq tərəfindən rədd edilir. Türkiyənin ən zəif nöqtəsinin iqtisadiyyat olduğu aydındır. Bunu bildikləri üçün AKP iqtidarını bu istiqamətdə dalana dirəyirlər və Rifkin kimi iqtisadçılara səhnə verdilər. Yəni xalqda belə təəssürat yaratmağa çalışırlar ki, əsas iqtisadiyyatdır və bunu Cümhur ittifaqında görə bilməyəcəksiniz. Türkiyə iqtisadiyyatı asılı bazar sisteminə malikdir. Yəni rahatca bu bazarı alt-üst etmək olar. İqtisadiyyatın çoxluğu Amerika və digər xarici şirkətlərə bağlıdır. Bu iqtisadi boşluğun təməli Marşall planı ilə qoyuldu və hələ də davam edir.

Rifkin çox güman Keyns xəttini yeridəcək. Türkiyə iqtisadiyyatı üçün ən uyğunu Keyns üsuludur deyə düşünürəm. Yəni dövlət bazara müdaxilə etməli, fiskal politika yeritməlidir. Ən əsas da xarici asılılığı azaltmalıdır.
AKP-nin yerinə başqa ittifaq gələcəksə, artıq Türkiyəni sionizmin əlinə keçidi kimi düşünə bilərsiniz. Buna əmin olun. AB üzvlüyü üçün cəhdlər ediləcək. Bunun üçün LGBT hüquqlarının tanınması, Türkiyənin daha sekulyativ dövlətə keçməsi, İstanbul anlaşmasına yenidən qayıdılması prosesləri sürətlənəcək!

Konfliktoloq Elman Vəliyev
Xəbəri paylaş