İran teokratik rejim tərəfindən idarə olunan, əslində tam olaraq özlərinin maraqlarına xidmət edəcək şəkildə dini görüşlərin tətbiq edildiyi bir ölkədir. Etnik tərkib baxımından zəngin olmasına baxmayaraq rejim ölkədə yalnız farslar yaşayırmış kimi bir siyasi xətt tutub və buda özlüyündə İranı millətlər həpisxanasına çevirib.
Bu fikirləri Newscenter.az-a Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, baxmayaraq ki rejim baş verən prosesləri xarici qüvvələrin əməli kimi qiymətləndirir, ancaq bütün yaşananların kökündə molla rejiminin yarıtmaz siyasəti dayanır:
"İranda 40 milyona yaxın soydaşımız yaşayır. Dəqiq say demək mümkün deyil çünki bununda səbəbi rejimin soydaşlarımıza qarşı milli-etnik ayrıseçkilik, onların milli kimliyinin məhv edilməsi siyasəti olduğundan bizlər bu sayı net olaraq bilmirik. Bu dözülməz bir haldır və əfsuslar olsun ki, həmvətənlərimiz farsların qurduqları bu çirkin əməllərin məngənəsində əziyyət çəkir. Ölkənin ən verimli, ən məhsuldar torpaqları Güney Azərbaycan olmasına baxmayaraq farsların yaşadıqları bölgələr daha çox inkişaf etmiş, ölkənin sənayesi bu ərazilərdə cəmləşdirilmişdir. Nəticədə işsizlikdən əziyyət çəkən həmvətənlərimiz doğma yurdlarından çıxaraq farsların yaşadıqları bölgələrə üz tutmaq məcburiyyətində qalmışdır".
AVP rəsmisi daha sonra bunları qeyd edib:
"Tehran rejimi əzəli torpaqlarımızı məhv etməkdən ötrü böyük tarixi keçmişi özündə daşıyan Urmiya gölünü bilərəkdən qurudur, bu yolla məhsuldar Azərbaycan torpaqlarını səhralığa çevirməyə çalışır. Artıq əksər hissəsi qurudulan göl ətraf ərazilərə öz mənfi təsirini göstərməkdədir. Fars rejiminin riyakar, dözülməz əməllərinə qarşı soydaşlarımız milli azadlıq hərəkatını başladıblar, bizlər onlara dəstək olmalıyıq".
Anar