Azərbaycanın dəfələrlə sülh təşəbbüslərinə və cəhdlərinə baxmayaraq Ermənistan tərəfi öz revanşist düşüncələrindən və terror siyasətindən əl çəkmək niyyətində deyil. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh prosesinə mane olur, imza ataraq öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bütün bunlar bir Ermənistanın regionda sülhə təhdid dövlət olmasının sübutu və rəsmi İrəvanın öz imzasına hörmət etmədiyinin göstəricisidir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, İkinci Qarabağ Müharibəsindəki ağır məğlubiyyətdən sonra uzun müddətdir ki, Ermənistanda hər bir sahədə böhran, anarxiya hökm sürür, iqtisadi çöküş müşahidə edilir. Həmçinin Ermənistanın xarici siyasəti də bərbad və biabırçı vəziyyətdədir. Ermənistan dünya miqyasında terroru dövlət səviyyəsində dəstəkləyən, heç bir nüfuzu və gücü olmayan, etibarsız dövlət kimi tanınır. Əlbətdə bütün bunların əsas səbəbkarı Ermənistandakı revanşist qüvvələrdir. Revanşist qüvvələr şəxsi mənafeələri naminə Ermənistanı dünyada biabır etməklə yanaşı öz ölkələrini uçuruma aparırlar.Artıq Ermənistanın yersiz bəhanələrinə və zaman uzatmaq cəhdlərinə yer qalmayıb və Ermənistan iki seçimdən birini etməlidir:
"Ya revanşsit siyasətdən əl çəkərək Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirəcək və nəticədə mövcud böhrandan və ağır vəziyyətdən xilas olaraq gələcək inkşaflarını təmin edəcəklər ya da mövcud revanşist siyasətlərini davam etdirirək, daxili böhranlar və Ermənistanı beynəlxalq miqyasda biabır etməklə yanaşı dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyacaqlar".
Ruhiyyə