DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Füzuli rayon sakini olan bir nəfərin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Mehman