Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az xəbər verir ki, səmərəli əməkdaşlığa görə Dünya Bankının rəhbərliyinə təşəkkürünü bildirən sədr R.Rüstəmov qonaqları qurumun 2023-cü il üzrə fəaliyyət planının əsas istiqamətləri haqqında məlumatlandırıb.
Görüşdə son illərdə Azərbaycanın iri tranzit və logistika mərkəzinə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, yeni regional nəqliyyat layihələri, o cümlədən “Orta Dəhliz”lə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sevinc