Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Albaniyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib

Albaniyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib


Albaniyanın Baş naziri Edi Rama dekabrın 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Newscenter.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.

Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar

Mehman
Xəbəri paylaş