Dekabrın 8-də, saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman piyadanı vurub.
Newscenter.az-ın xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumatda bildirilir ki, qəza dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd edən zaman baş verib.
Vurulan şəxs hadisə yerində dünyasını dəyişmişdir.
Sevinc