Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın yumşaq siyasətinin "pat" vəziyyəti

Azərbaycanın yumşaq siyasətinin "pat" vəziyyəti


44 günlük müharibədən sonra son günlərdə Azərbaycanın həyata keçirdiyi yümuşaq siyasəti əməli nəticəsi ilə ən əhəmiyyətli proseslərdən biri və bəlkə də birincisidir. Azərbaycanda müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentin komandanı general Volkovun Azərbaycan inzibati orqanları və media nümayəndələri qarşısında ev və söz sahibinin kim olmasını həm sözdə və əməldə göstərməsi artıq onu göstərir ki, Azərbaycan öz son məqsədlərinə tez bir zamanda çatacaq və Azərbaycanın başladığı prosesi dayandırmaq mümkün deyil. Proseslərin ən maraqlı tərəfi isə Azərbaycanın mülki gedişləri ilə siyasi nəticələr əldə etmək bacarığı və bu üsulun gözlənilmədən tətbiq edilməsidir. Dünya hərb elminə düşmüş Azərbaycanın 44 günlük müharibədə yeni hərbi taktikası ardınca, siyasətdə mülki üsullarla çox effektli siyasi nətilər əldə etməyi sözsüz ki, yenilikdir.

Azərbaycanda müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların məsuliyyət zonasında Azərbaycan öz suverenliyini bərpa üsuluna hazırlıqlı olan bəzi dünya dövlətləri və ermənilər Azərbaycanın yumşaq gedişlərinə hazır deyildi və bu gediş ermənilərdən daha çox onların havadarlarını rusları, farsları, fransızları "pat" vəziyyətinə qoydu. Laçın dəhlizinin müəyyən müddətə bağlamış Azərbaycanın mülki orqanları və nəticə etibarı ilə Ermənistan Azərbaycan sərhəddində Laçın dəhlizinə girişdə Azərbaycan nəzarət postunun qurulacağı barədə rus sülhməramlıların komandanı general Volkovun açıqlaması müharibədən sonrakı dövr üçün dönüş, sıçrayış hadisədir.

Laçın dəhluzində Azərbaycan nəzarət postunun qurulması Azərbaycan üçün arzu edilən siyasi nəticəkər verəcəyi və digər mühüm proseslər üçün kataluzator olacağı heç şübhəsizdir. Bakının həyata keçirdiyi yumşaq əməliyyatın (Laçın dəhlizin bağlanması və dəhlizdə nəzarət postunun qurulması) siyasi nəticələri sözsüz ki, dövlətimiz həyati vacib məsələdir. Ancaq hadisənin, daha doğrusu nəticə vermiş yumşaq əməkiyyatın ermənilər üçün mənəvi, psixoloji təsirləri daha böyükdür. Bir mənalı olaraq Xankəndidən və ətraf ərazilərdə yaşayan ermənilərin köçünün sürətlənməsi, oradakı, daşınmaz əmlakın dəyərdən düşməsi təbii ki, məsələnin psixoloji effektlidir.

Təkcə son dövrlər üçün Azərbaycan dövlətinin yeritdiyi siyasətin analizi onu göstərir ki, Laçın dəhlizində Azərbaycan nəzarət postunun qurulması gözlənilən nəticə idi. Azərbaycan Xarici İşlər Nazirliyinin mütamadi olaraq Rusiyaya xəbərdarlıq etməsi, yerli toponimlərin dəyişdirilməsi ilə bağlı israrlı tələbləri, Azərbaycan güc strukturlarının koordinasiyalı və nəticəvi fəaliyyəti ilə Tehran dövlətinin (İran) terrorçularının Azərbaycan ərazilərinə keçirilməsi faktının təkzibedilməz dəlillərlə aşkar edilməsi, rus sülhməramlılarının fəaliyyətinin, nəzarətinin effektsizliyinin onun baş komandanı general Volkov tərəfindən etiraf etməyə məcbur vəziyyətə qoyulması Azərbaycanın Laçın dəhlizinə nəzarətinə əsas yaratdı.

Bir vacib məqamı da unutmaq olmaz, Azərbaycan Ordusunun Qərargah rəisi Kərim Vəliyevin ABŞ səfəri. Kərim Vəliyevin ABŞ dövlət rəsmləri ilə görüşləri və bu görüşlərdən sonra Cənubi Azərbaycan məsələsi də daxil olmaqla ABŞ-ın Azərbaycana dəstəyini elan etməsi Azərbaycanın imkanlarını genişləndirdi. Kərim Vəliyevin ABŞ səfəri, ABŞ - Azərbaycan münasibətləri fonunda Rusiyanı daha loyal olmağa və Azərbaycanın tələblərini, iradlarını və istəklərini qəbul etməyə məcbur etdi və təbii ki, Moskvadan razılıq və ya təlimat almadan general Volkov öz başına belə açıqlamalar və etiraflar edə bilməzdi. Həmçinin, Rusiyanın Ukraynaya təcavüzünə dəstək verən, Azərbaycan dövlətinə genetik düşmənçiliyi olan Tehran fars molla rejiminin onun sərhədləri boyu Azərbaycan və Türkiyənin birgə hərbi təlumləri fonunda Azərbaycanın Laçın dəhlizinə nəzarəti gözlənilən nəticə idi. Ancaq onu da qeyd edək ki, bu hələ başlanğıcdlr

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
Xəbəri paylaş