Bərdə Rayon İcra Hakimiyyətinin növbəti tədbiri Bərdə rayon MKS-nin S. Vurğun adına kitabxanada Məmmədli kənd tam orta məktəbin direktoru Elçin Cəfərlinin təşkilatçılığı ilə "Ailə dəyərləri" mövzusunda keçiriib.
Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, tədbirdə Bərdə RİHB aparatının və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, məktəb direktorları və müəllim heyəti, Qadın Resus Mərkəzinin rəhbər və əməkdaşları, rayon ictimaiyyəti, fəal gənclər iştirak ediblər.
Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra ailə dəyərləri, milli-mənəvi dəyərlərin qorunaraq gənc nəslə ötürülməsinin önəmindən, ailədaxili münasibətlərin, yaşlı və gənc nəsil arasında dialoqun düzgün formalaşmasının vacibliyindən, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edilib.
Tədbir müzakirə formasında keçmiş gənclər öz fikirlərini səsləndiriblər.
Mehman