Paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Newscenter.az-a "Azərsu" ASC-dən daxil olan məlumata görə, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzadır.
Əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması
istiqamətində tədbirlər görülür.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Sevinc