Qarabağ erməniləri arasında kütləvi zəhərlənmə halı qeydə alınıb. Newscenter.az hərbi ekspert Ədalət Verdiyevə istinadən xəbər verir ki, zəhərlənənlər əsasən gənclər olub.
İlkin məlumata görə, zəhərlənən erməni gənclərinin sayı 21 nəfərdir. Onların qidadan zəhərləndiyini nəzərə alsaq, bu rəqəmin bir qədər də artacağını demək mümkündür.
Ədalət Verdiyev zəhərlənən erməni gənclərin hərbi təlimlərə gətirilən hərbiçilər olduğunu da istisna etməyib:
"Böyük ehtimalla onlar Xankəndi yaxınlığında hərbi təlimlərə cəlb edilən heyətə daxildir".
Anar Əliyev