Qonşu ölkələrlə münasibətlərin normal səviyyədə olması və mövcud əlaqələrin daha da inkşafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda ölkəmiz regionda sülhün və inkşafın təmin olunması istiqamətində böyük səylər göstərir, humanist addımlar atır. Hətda Azərbaycan tərəfi ölkəmizə qarşı illər ərzində işğalçılıq və terror siyasəti yürüdən Ermənistana da dəfələrlə sülh təklifi etmişdir. Bütün bunlar bir daha Azərbaycanın və ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin humanistliyinin və sülhsevərliyinin göstəricisidir.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən xarici siyasət və xüsusilə də İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmizdən sonra Azərbaycanın dünyada nüfuzu və gücü günbəgün artmaqdadır. Azərbaycanın gücünün və qüdrətinin artması və İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə cənub qonşumuz olan İranın əsl simasını və xislətini ortaya qoymuş oldu. Rəsmi Tehran Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığı parlaq qələbəni həzm edə bilmir və ölkəmizin qüdrətlənməsindən xeyli narahatdır. Bu səbəbdən də İran birmənalı olmayan və aqressiv davranışlar göstərir. İranın dini bir olan Azərbaycana qarşı ikiüzlü və riyakar siyasət nümayiş etdirməsi eyni zamanda məscidlərdə donuz saxlayan ermənilərə dəstək göstərməsi böyük təəssüf hissi doğurur. Bütün bunlar İslam dini adına ləkə, siyasət adına isə biabırçılıqdır. Görünən odur ki, din adı altında pərdələnmiş molla rejimi bütün dini dəyərləri ayaqlar altına atır və şeytana xidmət etməkdədir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, İrannın Azərbaycana qarşı qərəzli siyasəti Birinci Qarabağ Müharibəsi zamanı da olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana hücum edərkən dəfələrlə İrana köməklik üçün müraciət edilsə də İran tərəfi Azərbaycana köməklik etməkdən imtina etdi. Həmçinin Şuşanın Ermənistan tərəfindən işğal olunmasında da İranın böyük rolu olmuşdur. Azərbaycanın nümayəndə heyyətini guya barışdırmaq adı ilə İrana dəvət edərək Şuşanın Ermənistan tərəfindən işğal olunmasına köməklik edildi. İküzlü və riyakar siyasətin cəzasını elə Allah özü verir. Elə bu səbəbdəndir ki, illərdir sanksiyalar tətbiq olunduğu İran dövləti dünyadan təcrid olunmuş vəziyyətdədir. Eyni zamanda İranda daxili vəziyyət kritik həddədir və aylardır qarşıdurmalar səngimir. Qarşıdurmalarda yüzlərlə gənci qətlə yetirən İran rejimi bir daha göstərdiki artıq İranda heç bir bəşəri və dini dəyərlər, insan hüquqları mövcud deyil. İran hakimiyyəti bilməlidir ki, bu cür siyasət İran dövlətini məhvə aparır:
“İran Azərbaycana qarşı ikiüzlü və riyakar siyasətinə, aqressiv davranışlarına son qoymalıdır”
Ruhiyyə