Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edəcək

"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 16 dekabr 2022-ci il tarixində Ağsu şəhərində Ağsu və İsmayıllı sakinlərini qəbul edəcək.

Newscenter.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Ağsu şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Ağsu və İsmayıllı Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Sevinc
Xəbəri paylaş