“Rəsmi İrəvan ilə Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi - diplomatik münasibətlərin Vyana Konvensiyasına uyğun olaraq qurulması barədə razılıq əldə olunub”.
Newscenter.az-ın məlumatına görə, "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.
O bildirib ki, sülh müqaviləsinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur: "Söhbət sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərdən gedir".
Xatırladaq ki, dünən Qriqoryan Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi layihəsinin 2 mətninin olduğunu, onlardan birini Rusiyanın, digərini Azərbaycanın təklif etdiyini açıqlamışdı.