Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlin qəhrəmanları-VAQİF ABDULLAYEV YAZIR

İlin qəhrəmanları-VAQİF ABDULLAYEV YAZIR


Dünyanın nüfuzlu nəşrlərindən olan “Times” jurnalı İranlı qadınları “İlin qəhrəmanları” elan edib.

İran qadınları həqiqətən də əsil fədakar, qəhrəmandırlar, məktəblərdə, universitetlərdə oxuyan, səhiyyə, sosial müəssisələrdə çalışan yüz minlərlə qız və qadın bu gün İran xalqının haqq səsidir.
İranda yaşayan müxtəlif millətlərə məxsus qız və qadınlar istedadlı, bacarıqlı, elmi-mədəni keyfiyyərlərə, müasir dünyagörüşə və düşüncə tərzinə malikdir. Dünyanın müxtəlif ölkələrində yaşayan İranlı qadınların dövlət idaretməsində və digər yüksək vəzifələrdə təmsil olunması da bunu təsdiqləyir. Bir çox beynəlxalq yarış və tədbirlərdə, konfranslarda iştirak edən və müasirliyi ilə digərlərindən geri qalmayan İranlı qadınlar öz bacarıqları ilə ictimai-humanitar proseslərə töhfə verəcək qüvvə olduqlarını nümayiş etdirirlər.
Ancaq İrana daxlilində hakimiyyət onların potensial istedad və imkanlarını məhdudlaşdırır, ictimai proseslərdən uzaqlaşdırır, ölkənin inkişafına verə biləcəkləri töhfələrin qarşısını alır.

Mollakratiya qorxur ki, mübariz qadınlar ölkənin idaretməsində, ictimai-siyasi proseslərdə aktiv qüvvə kimi önə çıxa, dövlət idarəçiliyində söz sahibi ola bilərlər. Ona görə də dini yasaqlar pərdəsi ilə faktiki olaraq onlara dözülməz həbsxana həyatı yaşadır.

Rejim o qədər azğınlaşıb ki, Ayətullah Seyid Əli Xameneinin bacısı Fəridə Muradxani də qardaşına nifrət edir, qardaşının hakimiyyətini “Avtoritar idarəçilik” adlandırır. Dini avtoritarizm onu cəsarətli çıxışları və qadın hüquqlarının müdafiəsi uğrunda mübarizliyinə görə, həbs edib. Rejimə nifrət o qədər böyükdür ki, Fəridə xanım anası Bədri Hüseyni Xameneiyə müraciət edərək qardaşının insanlara qarşı amansız davranışının öz başına bəla olacağını bildirir, Fars tiraniyanın tezliklə devriləcəyinə əminliyini deyir.

Bu gün Fars istibdadına qarşı meydanlara çıxıb mübarizə aparan Türk, kürd, talış, türkmən, xalaç, fars və digər millətlər bir yumruq kimi birləşərək rejimə qarşı geriçəkilməz sədd qurublar. Vəhşicəsinə döyülərək qətlə yetirilən Məhsa Əmini, Əsra Pənahi, Hananeh Kia, Qəzəli Çələvi, Hədis Nəcəfi və 10-larla qız və qadın İranın mübarizlik simvoludur.

Bu haqq savaşında türklərin- Azərbaycan qadınlarının da fədakarlığı qürurvericidir. Nazilə Cavadbəyli, Fərənək Fərid, Adilə Təhmasibi, Leylayi kimi türklər illərdir ki, molla rejiminə qarşə fəallığı ilə seçilirlər. Hələ bir neçə il əvvəl 8 Martı azadlıq bayramı kimi keçirən bu qadınları Tehranın işgəncə üsulları da qorxutmayıb, Məhsa Əmini kimi fədakarlar mübarizliyi onlardan öyərinblər. Hazırda Təbrizdə, Zəncan, Ərdəbil, Urmiya, Tehran və digər şəhərlərdə minlərlə Cənubi Azərbaycan qadını yenə də ön sıralardadır.

Bü gün bəşəriyyətin bütün qadınları İran qadınları ilə həmrəydir. Azərbaycanda gənc qadınlar etirazçılara dəstək olaraq bir neçə dəfə dəstək aksiyaları keçiriblər. Bu, cənubdakı soydaşlarımız tərəfindən böyük coşqu ilə qarşılanıb, molla teokrtatiyasına qarşı nifrəti daha da alovlandırıb.

Əminəm ki, gec-tez İranlı qadınların haqq savaşı müsbət nəticə verəcəkdir, onların Ahı Fars-Molla rejiminin fəlakətli sonunu gətirəcəkdir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş