Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran dövlətində ixtişalar niyə nəticə vermir?

Tehran dövlətində ixtişalar niyə nəticə vermir?


Tehran dövlətinin çöküşü qaçılmaz siyasi proses kimi əlbəttdə ki, tarixi zərurətdir. Əminliklə də demək olar ki, molla fars rejiminə qarşı ölkəni bürümüş ixtişaşlar daxildən qaynaqlanan və heç bir xarici qüvvənin planlaşdırdığı və idarə olunan proses deyil hərçənd ki, prosesə sonradan ABŞ-ın müdaxiləsi sezilir. Ümumən xaotik forma almış ixtişaşlar bu uzun müddətdə davam etsə də arzuolunan nəticəni vermir.

Sözsüz ki, Tehran dövlətində rejimə qarşı davam edən iğtişaşların indiyə kimi lazımi nəticə verməməsinin əsas səbəbi bu dövlətin türk dünyasına qarşı Qərb dünyasının istifadə məqsədi durur. Qərb Tehran dövlətinin molla fars rejiminin dəyişdirilməsində maraqlıdır, Tehran dövlətinin yıxılmasında və parçalanmasında maraqlı deyil. Məhz bu səbəbdən Qərb bu məsələdə olduqca ehtiyatlı davranır.

Molla fars rejimini ixtişaşları sakitləşdirmək məqsədi ilə "əxlaq polisiin" ləğv edilməsi, dini tələblərlə bağlı konstitusiyaya dəyişiliklər edəcəyi vədi, Tehran dövlətinin iğtişaşlarda iştiraka görə tətbiq etməyə başladığı ölüm hökmü fonunda əks effekt verərək iğtişaşların dərinləşməsinə səbəb olub. Molla fars rejimin qeyd edilən yumuşalma vədləri həm xalqda özünə inam artıraraq, ölüm hökmlərinin icrasına görə xalqın rejimə qarşı qəzəbini daha da gücləndirib.

Artıq rejimin xalqın tələbinə və iğtişaşlara tab gətirməyəcəyini anladığından rejim rəhbərləri öz ailə üzvlərini ölkədən çıxarıb və mümkün variantlar nəticəsində siyasi sığınacaq almaq məqsədi ilə bəzi ölkələrlə gizli danışıqlara başlayıb.
Sözsüz ki, Azərbaycanın, Türkiyənin, İsrailin və sair bəzi ölkələrin Tehran dövlətində Qərbin istəyinə uyğun olaraq təkcə rejim dəyişikliyi deyil, yerli xalqların istiqlalı əsas məsələdir. Bu iki yanaşmada fikir ayrilığı sözsüz ki, Tehran dövlətində iğtişaşların əhəmiyyətli nəticələrini gecikdirir. Gecikmə təbii ki, Tehran molla rejiminin duruşunu uzada bilər. Bu məsələdə dünya dövlətlərinin orta məxrəcə gəlməsi və zamanın itirilməməsi çox vacibdir.

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
Xəbəri paylaş