Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılacaq danışıqlar prosesi Vaşinqtonun vasitəçiliyi ilə həyata keçiriləcək.
Newscenter.az-ın xəbərinə görə, belə bir ehtimalla çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan nə Brüssel, nə də Moskva formatı ilə prosesin davam etməsində maraqlı deyil. Çünki, Brüsselin vasitəçiliyinə Fransa mane olur:
"Rusiyanın mövqeyi anti-Azərbaycan siyasətinə malikdir. Növbəti ildən Azərbaycan məhz gücdən istifadə edərək Laçın dəhlizində nəzarət buraxılış məntəqəsini bərpa etməsi reallaşar. Rusiyaya verilən nota bir daha göstərir ki, sülhməramlılarla bağlı Azərbaycanın mövqeyi birmənalı olaraq onların çıxarılmasına hesablanıb".
Mehman