Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ərəfəsində onun məzarını ziyarət edib. Newscenter.az xəbər verir ki, bu barədə partiya sədri özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Əli İnsanovun Heydər Əliyüevin məzarını ziyarətlə bağlı paylaşımını təqdim edirik:
"Azərbaycan Xalqının Lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum. Sonra unudulmaz xeyirxahımız Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim. Ruhları şad, məkanları cənnət olsun. Amin".
Anar