“İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. “Tayfun” deyirsən, indi Yunanıstan qorxur, “Afinanı vuracaq” deyir”.
Newscenter.az-ın məlumatına görə. “Report” “Haber Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən “Gənclik görüşü” tədbirində bildirib.
“Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan “Tayfun” 561 km mənzilli ballistik raketdir.