[/center]
"General Bəxtiyar Ersayın general Zakir Həsənovun müşaviri təyin olunması nədənsə bəzi insanlarda tərəddüdlər və suallar doğurur. Xatırladım ki, bundan əvvəl də Azərbaycanda Türkiyə hərbi müşavirləri olub".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu səsləndirib. O bildirib ki, Prezident Əbülfəz Elçibəyin dövründə onun türkiyəli hərbi müşaviri, Heydər Əliyevin dövründə isə hətta kiçik ordu birləşmələrində də türkiyəli hərbi müşavirlər olub:
"Hər iki halda onlar kənarlaşdırılıb, amma yenidən dəvət olunublar. Ümid edirəm, bu dəfə daha həmin yararsız təcrübə təkrar olunmaz. Türkiyə Azərbaycanın yeganə təbii müttəfiqidir və belə müttəfiqimiz olmağı bizim üçün əvəzsiz şansdır.
Odur ki, buna narahat olmaq yox, sevinmək lazımdır. Xüsusilə də Cənubi Qafqaz və Azərbaycan ətrafında məkrli geosiyasi oyunların baş verdiyi bir dönəmdə".
Anar Əliyev