Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin həyatında yeni bir dönüş yarandı

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin həyatında yeni bir dönüş yarandı


"Dekabrın 12-si Milli Lider Heydər Əliyevin anım günüdür. Ümummili lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dönüş yarandı. Milli liderinin siyasi uzaqgörənliyi nəticəsində ictimai-siyası həyatda stabilliyin əldə edilməsi ilə yanaşı ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Millət vəkili bildirib ki, liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlanıldı:

"MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədadlət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımıar atıldı. Bu islahatlar starteji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı".

Vüqar Bayramov qeyd edib ki, milli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür:

"1993-2003-cü illəri əhatə edən birinci mərhələdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stbailliyinin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı. 2003-cü ildən sonraki dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə dayanıqlı və inkluziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müsair çağrışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu. Milli Lider Heydər Əliyevə Allahdan rəhmət diləyərək dərin hörmət və ehtiramla yad edirik!".

Anar Əliyev
Xəbəri paylaş