Naxçıvanın muxtar statusunun ləğvi keçirilməsi nəzərdə tutulan Konustitusiya referendumda reallaşacaq.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən MCP sədrinin müavini Məhəmməd Əsadullazadə bildirib ki, muxtar respublikada İran, Rusiya agentura şəbəkəsi kök salıb və prezident İlham Əliyevin apardığı siyasəti sabotaj edirlər:
"Demək olar ki, Naxçıvan Muxtar Respublikası mərkəzə tabe olmayaraq birbaşa ölkənin müstəqilliyini, suverenliyini və təhlükəsizliyini təhdid edir. Naxçıvana status tarixi şəraitə uyğun verilib. Artıq bu tarixi şərait aradan qalxıb. Naxçıvanda referendumu gözləmdən prezidentin xüsusi nümayəndəliyi yaradilmasi zəruridir. Həmçinin Əlahiddə Ümumqoşun ordusu Bakıya tabe edilməli, Daxili işlər nazirliyi və digər qurumlar birbaşa tabe edilməlidir. Təkcə Dövlət Təhlükəsizlik Xidməti və Gömrük idarəsi ilə bu proses yekunlaşmayacaq. Naxçıvan Bakının nəzarətində olmayan boz zonadir və burada ölkəmizin suverenliyi və təhlükəsizliyini təhdid edən proseslər gedir".
Anar